Bakıda avtoxuliqanlıq edən 77-BA-242 qeydiyyat nişanlı, "Chevrolet" markalı avtomobilin sürücüsü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, sürücü Şərifov Nurməmməd Məhəmməd oğlu Nəsimi rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 511.2 maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 1 ay müddətində inzibati qaydada həbs olunub.
Qeyd edək ki, "avtoş Nuru" ləqəbli Nurməmməd Şərifov bundan əvvəl də idarə etdiyi avtomobillərlə avtoxuliqanlıq hərəkətlərinə yol verdiyi üçün məsuliyyətə cəlb edilib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man