Sabunçu rayonu, Pirğağı qəsəbəsi, 2 nömrəli sovxos deyilən ərazidə yolda təhlükə yaranıb. Sakinlər Avtosfer.az-a bildirib ki, bu yol təmir edilib, işıqlandırılıb. Sürət həddi saatda 40-60 km arasında dəyişir. Amma bəzi sürücülər yolu rahat görüb elə yüksək sürətlə həkət edirlər ki, nəticədə ağır qəzalar baş verir.
Təqdim olunan görüntülərdə əks olunan hadisələr yeni baş verib. Hamısında da ölüm və ağır xəsarət var.
Sakinlər bildirir ki, ərazidə radar və müşahidə kamerası olmadığı üçün sürücülər bundan istifadə edib yüksək sürətlə avtomobil idarə edirlər. Nəticədə isə hər ay ən azı iki nəfər bu yolda həlak olur.
Sakinlər aidiyyati qurumlardan xahiş edir ki, bu yolu nəzarətə götürsünlər, radar və kameralar quraşdırılsın.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man