Bakıda “Lexus” sürücüsü moped sürücüsünü döyüb təhqir etdi - 10-VX-707 - VİDEO

Nəqliyyat TV 25 Aprel 2022 | 22:15
OXUNUB: 6463

Bakıda minik avtomobilinin sürücüsü moped sürücüsünü döyüb. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Moped  sürücüsü Murad Salmanın paylaşdığı görüntülərdən məlum olur ki, yolayrıcında “Lexus” markalı 10-VX-707 dövlət nömrə nişanlı avtomobilin sürücüsü mopedin üzərinə sürür, moped sürücüsü öz növbəsində etiraz etdikdə isə “Lexus”un sürücüsü ona saxlamağı əmr edir. Moped sürücüsü yolun kənarında dayanan zaman avtomobil yaxın məsafədən hərəkət etdiyi üçün onun ayağını zədələyir. Ardınca isə “Lexus”un sürücüsü maşından düşərək moped sürücüsünün üzərinə hücum çəkir və onu döyərək ağır söyüşlərlə təhqir edir. 

Qeyd edək ki, "Lexus" markalı, 10-VX-707 dövlət nişanlı avtomobilin sahibi və sürücüsü Sultan Tofiq oğlu Dadaşov yolda hər kəsin gözü qarşısında qoçuluq edib. 
S.Dadaşov 2 il əvvəl Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Sərəncamda qeyd edilib ki, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyət göstərib.

Hadisənin görüntülərini təqdim edirik:

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man