Paytaxtın Azərbaycan prospektində yerləşən parkinqin qarşısında tıxac yaranır. Həmin yoldan istifadə edən bir neçə sürücü bu barədə redaksiyamıza məlumat verib. Avtosfer.az xəbər verir ki, günün pik saatlarında, həmçinin istirahət günlərində həmin əraziyə gələn şəxslər avtomobillərini sözügedən parkinqdə saxlamağa çalışır. Lakin parkinqdə yer olmadığı üçün sürücülər iki-üç cərgəni zəbt edərək yerlərin boşalmasını gözləyirlər. Üstəlik orada avtobus dayanacağı olduğu üçün vəziyyət daha da gərginləşir. Azərbaycan prospekti paytaxtın xüsusi əhəmiyyətli prospektlərindən biri hesab olunduğu üçün orada bu cür tıxacların yaranmasının qarşısı alınmalıdır. Birinci növbədə avtobus dayanacağının yeri bir az qarşıya keçirilməlidir, ikinci növbədə parkinqin qarşısında hər mərtəbədə olan boş yerlərin sayı qeyd olunmalıdır, üçüncü növbədə isə sürücülər yer olmadığı halda dayanıb tıxac yaratmamalıdır.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man