Bu gün axşam saatlarında baş verən qəzada sürücü əzilmiş avtomobildə sıxılıb qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolu istiqamətində baş verib. “Shacman” markalı yük avtomobili 10-RV-830 dövlət nömrə nişanlı “Tucson” markalı minik avtomobili ilə toqquşub. Hadisə şahidlərinin sözlərinə görə sərnişinin ayağı sınıb, sürücü isə sükan arxasında sıxılaraq qalıb. Qəza səbəbindən yolda tıxac yaranıb.
Qəzanın görüntülərini təqdim edirik:
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man