Bakıda yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosunu oxuculardan biri Avtosfer.az-ın elektron ünvanına göndərib. Hadisə 31mart paytaxtın Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı 90-ZU-111 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq qayda pozub. Sürücü bu hərəkəti ilə əks yoldakı sürücüləri və özünü təhlükə altında qoyub.
Qeyd edək ki, İnzibati xətalar məcəlləsinin 327.4-cü maddəsi ilə sürücüyə 4 bal 100 manat cərimə tətbiq edilə bilər.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man