Maşınında nasazlıq yaranan daha bir sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib. Sürücü Avtosfer.az-a müraciət edərək bildirib ki, idarə etdiyi 99-DT-375 qeydiyyat nişanlı “Ford” markalı avtomobillə paytaxtın Moskva prospekti ilə hərəkət edərkən qəfildən avtomobildə nasazlıq yaranıb. Bu səbəbdən də avtomobili yolun sağ kənarına çəkərək avtobus dayanacağının yanında saxlayıb. “Qəza dayanma işıq siqnalını qoşaraq nasazlığın aradan qaldırılması üçün servisə müraciət etdim. Servisin əməkdaşı gələrək nasazlığı aradan qaldırdı və mən avtomobilimi oradan götürdüm. Avtomobilimdə nasazlığın yaranmasına baxmayaraq BNA-nın kamerası ilə mənə 40 manat cərimə yazıldı. Qəza işıq siqnallarını qoşmağım fotoşəkildə də öz əksini tapıb. Barəmdə tərtib edilmiş qərarın ləğv edilməsi üçün BNA-ya müraciət etsəm də, onlar cəriməni ləğv etmədi”-deyə sürücü bildirib.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man