Xırdalan şəhəri ərazisində çoxmərtəbəli bina tikintisi zamanı yaşıllıqların məhv edilməsi ilə bağlı məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, “ecofront” səhifəsində yayılan məlumatda iddia olunur ki, çoxillik ağaclar “SAS Group” şirkətinin EkoPark tikinti layihəsi çərçivəsində kəsilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Fərid Piriyev bildirib ki, ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb:
“Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Araşdırma zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən qazıntı işləri aparılan zaman 2 ağacın qanunsuz köçürüldüyü, 3 ağacın isə kəsildiyi müəyyən edilib. Faktla bağlı MTK-nın məsul şəxslərinin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür” (qafqazinfo).
Xatırladaq ki, sözügedən şirkət binanı tikən zaman yeni təmirdən çıxmış Mehdi Hüseynzadə küçəsinin asfalt örtüyünü qazaraq su və kanalizasiya xətləri çəkib, lakin sonradan yolu normal şəkildə bərpa etməyib. Bu barədə dəfələrlə Avtosfer.az-da məlumat dərc etsək də, təəssüf ki, heç bir reaksiya verən olmayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man