İki nəfərin ölümünə səbəb olan sürücü danışdı: "Yarım litr araq içmişdik" - VİDEO

Nəqliyyat TV 21 Mart 2022 | 16:25
OXUNUB: 15085

Bu gün Bakı dairəvi yolunda iki nəfərin ölümünə səbəb olan sürücü baş verənləri Avtosfer.az-ın kamerasına danışıb. O, ifadəsində 4 nəfərə yarım litr araq içdiyini bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona iki nəfərin öldüyünü bildirərkən, sürücü “doğrudan iki nəfər”? - deyərək şoka düşüb.

Həmin videonu təqdim edirik:

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı dairəvi yolunun 13-cü kilometrliyində qəza baş verib. 99-JA-796 qeydiyyat nişanlı “MAN” markalı yük avtomobili əks yola çıxaraq 50-CK-610 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən yük avtomobili “Mercedes”in üzərinə aşıb. Nəticədə “Mercedes”in sürücüsü 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlu və onun arxasında əyləşən sərnişin 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində keçinib, 10-UF-056 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil isə əzilərək maddi ziyan dəyib. “Man” markalı avtomobili idarə edən 41 yaşlı Şəfiyev Səbuhi Akif oğlu isə polis əmədaşları tərəfindən saxlanılıb.

Leyla

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man