Sumqayıtda qorxulu anlar: Azyaşlı qız özünü maşının önünə atdı - VİDEO

Nəqliyyat TV 18 Mart 2022 | 11:54
OXUNUB: 10574

Sumqayıt şəhərində baş verən qorxulu anlar anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, avtobusun qarşısından qəfil yola qaçan azyaşlı uşaq yolda hərəkət edən avtomobilin qarşısına çıxıb. Sürücü sərt tormoz verərək baş verə biləcək bədbəxt hadisənin qarşısını vaxtında ala bilib. Sürücü də piyada kimi ehtiyatsızlıq etsəydi qəza qaçılmaz olacaqdı.

Qeyd edək ki, son vaxtlar piyadalarla bağlı vəziyyət heç də ürəkaçan deyil. Ölkə ərazisində piyadaların iştirakı ilə baş verən qəzaların sayının artması müşahidə olunur. Bunun da əsas səbəblərindən biri videoda baş verən haldır. Yolu necə və haradan gəldi keçməyin sonu isə, bir gün ağır qəza ilə nəticələnir. Təbii ki, heç bir valideyn övladının yolda həlak olmasını istəməz. Buna görə də böyüklər qaydalara əməl edərək azyaşlılara nümunə olmalıdırlar. Bir sözlə, uşaqlarınıza tərbiyəni sözlə yox, əməlinizlə göstərin.

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man