Bakıda Fəvvarələr Meydanında avtomobil sürülməsini əks etdirən görüntü yayılıb.
Avtosfer.az xəbər verir ki, görüntüdə 10 -GJ-506 dövlət nömrə nişanlı, “Audi” markalı avtomobil sakinlərin gəzdiyi küçədə hərəkət edib.
DİN Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məsələyə münasibət bildirib:
“Nəqliyyatın hərəkəti qadağan olunan küçəyə qanunsuz daxil olan avtomobil Səbail DYP əməkdaşları tərəfindən saxlanılaraq təhvil verilib. Sürücünün narkotik vasitənin təsiri altında olması məlum olub. Araşdırma aparılır”
Həmin görüntüləri təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man