Yol polisi qayda pozmayan sürücünü cərimələdi - ŞİKAYƏT - FOTO

Nəqliyyat TV 11 Mart 2022 | 14:39
OXUNUB: 4859

Bakıda dayanma-durma qaydasını pozmayan sürücü cərimələnib. Bu barədə sürücü Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, idarə etdiyi 99-SE-477 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili martın 9-da, paytaxtın Ceyhun Səlimov küçəsində park edərkən, yol polisi əməkdaşı onu EQ 9212976 nömrəli qərarla məsuliyyətə cəlb edib. Həmin küçənin əvvəlində 3.27 nişanı quraşdırılıb. Lakin nişan 7.4.1 lövhəciyi ilə tətbiq edildiyi üçün, dayanma-durma minik avtomobillərinə şamil edilmir. Protokola əlavə edilmiş fotolarda da dayanma-durmanın yük avtomobillərinə aid olması öz əksini tapıb.

Sürücü Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən onun barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş edir.

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man