Ölkəmizdə, xüsusilə də paytaxt Bakıda piyadavurma hadisələri durmadan artır. Buna əsas səbəblərdən biri də piyada intizamsızlığı və məsuliyyətsizliyidir. Yolu hardan gəldi keçməyə cəhd edən, özünü sanki qəsdən maşının altına atan, dəmir və beton arakəsmələr olduğu halda onun üstündən tullanan, hətta yerüstü piyada keçidinin altından keçənlər də az deyil. Bəzən isə piyadalar özlərini yolda elə aparır ki, sanki gəzməyə çıxıblar. Qəzalar baş verəndə isə təəssüf ki, yenə günahkar sürücülər olur. Avtosfer.az bu cür intizamsız piyadalarla bağlı qısa bir video hazırlayıb. Videoda yuxarıda sadalanan bütün hallar var. Baxın və siz bu cür etməyin.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man