Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər. Bu barədə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva prosesin təfərrüatlarını açıqlayıb. Qeyd edək ki, əgər sərnişin daşıyan nəqliyyat vasitəsinin texniki və tibbi sənədləri yoxdursa, icazəsiz fəaliyyət göstərirsə, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən, vəzifəli şəxslər 500-800, hüquqi şəxslər isə 2000-3000 manat arasında cərimə oluna bilərlər. Sərnişin daşıyan nəqliyyat vasitəsində taxoqraf yoxdursa və ondan istifadə edilmirsə, fiziki şəxsləri 150, vəzifəli şəxsləri 500, hüquqi şəxsləri isə 1000 manat məbləğində cərimə gözləyir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man