Belə yollara görə maşını sıradan çıxan sürücülər DİQQƏTİNƏ:“Bu qurumlara müraciət edin”

Nəqliyyat TV 05 Mart 2022 | 21:59
OXUNUB: 1939

Gündəlik maşın və digər nəqliyyat vasitələrindən istifadə edən şəxslər yolların problemli olmasından şikayətlənirlər. Yollardakı problemlər isə maşınların sıradan çıxması və sonda qəza hallarına səbəb olur. Sürücülər çox zaman dəymiş zərərlə bağlı hara müraciət edəcəklərini bilmirlər və bu mövzuda maarifləndirmə çox azdır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı da bu faktı təsdiqləyərək, zərərlə bağlı məsuliyyəti daşıyan qurumlar haqqında danışdı: “Azərbaycanda yol hərəkətinin təşkili ilə bağlı bir sıra qurumlar məsuliyyət daşıyır. Avtomobil Yolları Dövlət Agentliyi, Rayon İcra Hakimiyyətləri eləcə də bələdiyyələr yolların çəkilməsinə, saxlanılmasına cavabdehdirlər. Sözsüz ki, Yol Polisinin həmçinin Bakı Nəqliyyat Agentliyinin də burada məsuliyyəti var. Yollarda nişanların, işıqlandırmanın olmaması, nişanlanma xətlərinin silinməsi, yollarda yaranan kələ-kötürlükdən sürücüyə dəymiş ziyana görə, həmin əraziyə cavabdeh olan qurum məsuliyyət daşıyır”. Ekspert sürücülərin bu mövzuda məlumatlandırılmağını vacibliyini qeyd edərək, dəymiş zərərin ödənilməsi qaydalarını açıqlayıb:  “Çox təəssüflər olsun ki, bu gün məhəllədaxili, ümumi istifadə olunan intensiv gediş-gəlişli yollar var ki, bərbad vəziyyətdədir və sürücülər əziyyət çəkirlər. Bu halda mütləq ki, dəymiş zərəri aktlaşdırmaq lazımdır. Sürücü Yol Polisinə bu problemi qeydiyyata aldırmalı və daha sonra aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Adıçəkilən qurumları cavabdeh qismində məhkəməyə cəlb edib, dəymiş zərərin miqdarını müəyyən etmək olar”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man