Rusiya-Ukrayna müharibəsi Azərbaycanda maşın bazarına təsir edəcək? - ŞƏRH

Nəqliyyat TV 05 Mart 2022 | 17:30
OXUNUB: 852

Ukrayna ilə münaqişə fonunda Rusiyaya qarşı sanksiyalar artmaqdadır. Dünyaca məşhur brendlər ölkədəki fəaliyyəti, o cümlədən zavodlar Rusiyadakı istehsalını dayandırıb. Həmçinin, idxal-ixrac proseslərinə də məhdudiyyətlər qoyulub. Sanksiyalar ölkədə beynəlxalq valyuta qıtlığına səbəb olub. Ötən günlərdə nəhəng avto şirkətlər də sıra ilə Rusiya bazarını tərk etdi. Eləcə də, idxalda məhdudiyyətlərin yaranmasının yerli istehsal müəssisələrində ehtiyyat hissələrinin qıtlığına səbəb olacağı gözlənilir. 

Hazırkı proseslərin Rusiyada bazara necə təsir edəcəyindən danışan avto-ekspert Eldəniz Cəfərli münaqişə fonunda baş verə biləcək dəyişiklikləri və gözlənilən prosesləri şərh edib: “Hazırda gedən proseslər bazara mənfi təsir göstərir. Rusiyada avtomobil bazarında qıtlıq yaranır. Rusiya özü iri avtomobil istehsalçısıdır. Ölkədə həm minik avtomobilləri, həm də avtobuslar istehsal edilir. Bununla yanaşı Rusiya hər il yüz minlərlə avtomobil idxal edir. Bazarda illik avtomobil satışı 1,5 milyondur. Sanksiyaların tətbiqindən sonra Federasiyada satışlar kəskin azalacaq. Növbəti dövrdə Rusiyanın avtomobil idxalı da azalacaq. Sanksiyalar Rusiyadakı avtomobil istehsalına da təsir göstərəcək. Çünki, avtomobillərin istehsalında istifadə edilən ehtiyat hissələrinin 30 faizi xaricdən alınır. Bu, Rusiyanın daxili istehsalını dayandıracaq”.

Ekspert mövcud proseslərin Azərbaycanda avtomobil bazarına təsiridən də danışıb: “Bizdə avtomobil bazarı Rusiyadan asılı deyil. Ölkəmiz avtomobil seqmentində Avropa spesifikasiyasına aiddir. Yəni, ölkəyə rəsmi şəkildə gətirilən avtomobillər Avropa spesifikasiyalıdır. İkinci əl - işlənmiş avtomobillər isə əsasən ABŞ-dan gətirilir. Təbii ki, Rusiyadan da avtomobil idxal edirik. Lakin, bunlar xüsusilə komfortlu avtomobillər sayılmır. Ona görə də, bizim mövcud situasiyada avtomobil bazarı ilə bağlı itirə biləcəyimiz məqam yoxdur.

Rusiyada istehsalın azalması və avtomobil sənayesində problemlərin yaşanması Azərbaycana təsir etməyəcək. Azərbaycan üçün alternativ bazar var - Avropa ölkələri. Digər tərəfdən Yaponiya, ABŞ, Çindən də avtomobil idxal edirik. Ona görə də hazırkı proseslərin müvafiq bazara təsiri olmayacaq”. Bununla belə ekspert qeyd edib ki, Rusiya ilə Azərbaycanın müştərək avtomobil zavodları var, lakin mövcud əməkdaşlıq fonunda yalnız yük avtomobilləri istehsal edilir, bu isə Azərbaycanda bazara mənfi təsir etməyəcək. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man