“Dünən gecə taksi sürücüsünün səriştəsizliyi üzündən polisin köməyi ilə evə gəlmişəm.” Avtosfer.az xəbər verir ki, bunu ARB televiziyasının əməkdaşı Günel Mönsümova öz sosial hesabında yazıb. Xanım deyir ki, “Bolt” taksi xidmətindən sifariş edib kartla ödəniş etdiyi taksini polis saxlayıb. “Cərimə meydançasına aparılacağını bildirdi. Gecə efirindən çıxmışam, saat 23:15...Yolda qalmışam. Polis deyir taksidən düşün, başqa taksiylə gedin. Deyirəm küçədə göz-gözü görmür...(Qarayevdən kəsə yolla Xalqlar körpüsü istiqamətində zülmət yolda) Taksi safariş etsəm belə buraya çox gec gələr. Yoldan hər hansı taksiyə gecənin bu vaxtı minmək istəmirəm. Taksi məni evə aparsın, sonra cərimə meydançasına apararsınız desəm də, yol polisi qanun-qayda çərçivəsində mindiyiniz taksi cərimə meydançasına getməlidir dedi. Özümü təqdim etdikdən sonra narahat olmayın Günel xanım gəlin gedək, biz sizi tanıdığımız taksi ilə ödənişini edib yola salarıq. Polisin müşayəti ilə cərimə meydançasına getdim, oradan da polisin ödəniş etdiyi başqa taksi ilə gecənin bir yarısı evə gələ bildim.
Günel Mönsümova deyir ki, polislər yaşananlara görə üzrxahlıq ediblər. “Bu onların qanun çərçivəsində görəcəkləri iş olduğunu anlayıb qəbul etdim. Göstərdikləri köməyə görə də təşəkkür edirəm. Qanun keşiyində öz xidməti vəzifələrini layiqincə yerinə yetirən bütün polislərimizə təşəkkür düşür. Lakin keçirdiyim stress, əsəb gərginliyi, gecə vaxtı yolda qalmaq ömrümdən aldı.
“Bolt” taksi xidmətindən çox narazı olduğumu və bu şirkət haqqında ölçü götürülməsini çox istərdim. Ən azından hər dəfə kartla ödəniş olacaqsa imtina etməyimi istədiklərinə görə. Səbəb isə kartla sifariş edərkən şirkətin hesabına köçən pulu taksi sürücülərinin əldə edə bilməməsidir.”
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man