Bu da Sovet dövrünün ikitəkər qaldıran “avtoş”ları - VİDEO

Nəqliyyat TV 15 Fevral 2022 | 08:23
OXUNUB: 2262

Bu video ötən əsrin 80-ci illərində çəkilib. Avtosfer.az xəbər verir ki, həmin vaxtlar avtomobil idmanı SSRİ-də kifayət qədər populyar idi. 1970-ci ildə “Jiquli” həyata vəsiqə aldıqdan sonra avtomobil idmanı daha böyük templə inkişafa başladı. Bu idmandan sovet ittifaqında həm də təbliğat məqsədi ilə istifadə edilirdi.
Təqdim etdiyimiz video Kanadada lentə alınıb. Sürücülərin peşəkarlığı göz qabağındadır. Texnikadan məlumatı olan şəxsdə belə bir sual ortaya çıxa bilər: bir qədər palçıq və ya buzda hərəkəıt edə bilməyən Jiquli 1 təkəri havada necə gedir? Bunun cavabını sonraya saxlayaq. 
Əsas məsələ budur ki, buradakı avtoşlar peşəkarlıq nümayiş etdirirlər. Onların şousu heç kimə təhlükə yaratmır, əksinə təmsil etdikləri ölkəyə baş ucalığı gətirib. ən əsası, onlar heç biri orta təhsilli “papanın gül balaları” deyil. İstənilən sovet ralli sürücüsünün ali texniki təhsili olub. Onların arasında hətta elmi dərəcə sahibləri də var. Başqa sözlə, ralli pilotları bu işi özlərini qohum-qonşuya, qızlara göstərmək üçün yox, komandalarına qalibiyyət gətirmək üçün ediblər. 
Ən əsası, avtoxuliqanlıqla avtomobil idmanı ayrı-ayrı şeylərdir.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man