Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində illərdir davam edən edən tıxac problemi həllini tapmır. Bir neçə il əvvəl nizamlanmayan piyada keçidləri ucbatından ərazidə dəhşətli tıxaclar olurdu. Bunun qarşısının alınması məqsədilə pik saatlarda piyada keçidlərinə YPX əməkdaşları təhkim olunurdu. Lakin bu da tıxacın qarşısını ala bilmədi. Növbəti mərhələdə həmin əraziyə svetoforlar quraşdırıldı. Lakin vəziyyət daha da pisləşdi. Bir neçə ay əvvəl problemin köklü həlli üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi küçəyə yerüstü piyada keçidi quraşdırmağa başladı. Bu artıq problemin həlli üçün mühüm addım idi. Amma nədənsə aylardır quraşdırılan dəmirlər piyadalara, sürücülər isə tıxaca baxa-baxa qalıb.
Xatırladaq ki, Formula 1 yarışları ərəfəsində yerüstü piyada keçidləri cəmi bir neçə günə quraşdırılmışdı. Amma nədənsə AAYDA 6 aydır ki, bir keçidin inşasını tamamlaya bilmir. Görünür tıxac, qəzalar, piyada ölümləri baş verməlidir ki, qurumlar hərəkətə keçsinlər.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man