Sükan arxasında yatıb piyadanı vurdu, indi zənglərə cavab vermir - FOTO

Nəqliyyat TV 11 Fevral 2022 | 13:20
OXUNUB: 1812

Yol nəqliyyat hadisəsində xəsarət almış şəxs işin düzgün araşdırılmadığı ilə bağlı Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. Xəsarət almış Əmrah Bədəlovun sözlərinə görə, iyulun 18-də, gecə 3 radələrində idarə etdiyi avtomobillə Ələt-Astara yolunun üzü Bakı istiqamətində (Salyan postunun yaxınlığında) hərəkətdə olarkən maşınında nasazlıq yaranıb. Bu səbədən yolun kənarında dayanaraq kömək istəməyə çalışıb: “Yoldan keçən avtomobillərə əl işarəsi verərək onlardan kömək istəməyə başladım. Bu zaman 90-GM-953 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin üzərimə gəldiyini gördüm. Əvvəlcə düşündüm ki, kömək etmək üçün dayanır. Lakin sonra gözlərimi Salyan rayon xəstəxanasında açdım. Məlum oldu ki, Cəlilabaddan toydan gələn həmin sürücü sükan arxasında yatıb və avtomobil idarəetmədən çıxaraq məni vurub. Zərbənin təsirindən çanağımın 3 yerində, ayağımın isə 2 yerində qırıq var, həmçinin qollarımın ikisi çıxıb, burnum isə yaralanıb. Bundan sonra məni Bakıdakı travmotologiyaya gətirdilər. Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi Fuad Şirinov xəstəxanada məndən izahat aldı. Bir neçə gün sonra isə F.Şirinov sığorta tərəfindən mənə ödəniş edilməsi ilə bağlı ayrıca ərizə yazmalı olduğumu bildirdi. Ərizədə isə məni vuran sürücüdən “indiyə qədər şikayətimin olmamasını” yazmağımı tələb etdi. Əks halda sığorta şirkəti pulu ödəməyəcəyini bildirdi. Mən də buna görə kağızda həmin sözləri yazıb F.Şirinova göndərdim”.

Xəsarət almış Ə.Bədəlov baş verən hadisənin yekunu ilə bağlı ona heç bir məlumat verilmədiyini görərək Fuad Şirinova zəng edib: “Oktyabrın 11-də F.Şirinova zəng edərkən o mənə bildirdi ki, hadisə ilə bağlı rədd qərarı vermişəm. Həmin qərarı idarədən götürərək Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət ünvanladım. Bu dəfə şikayətim Baş Dövlət Yol Polisi İdarəsində digər müstəntiqin icraatına verildi. Şikayətimi araşdıran müstəntiq məni arxayın edərək bildirdi ki, iş öncə prokurorluğa, daha sonra isə məhkəməyə göndəriləcək. Amma bu dəfə də verilən vədlərdən səs-soraq çıxmadı. Fevralın 7-də həmin müstəntiqə zəng edib məlumat alarkən o bildirdi ki, cinayət işi artıq bağlanıb. Mənə verilən qərarda qeyd olunub ki, hadisəni törədən sürücü 40 manat məbləğində cərimə edilib. Hadisədən bir neçə ay keçməsinə baxmayaraq mən hələ də yeriyə bilmirəm, əməliyyat düzgün aparılmayıb. Vuran şəxs isə mənim zənglərimə cavab vermərəyək məsuliyyətdən kənarda qalıb”.

Əmrah Bədəlov bütün bu proseslərdən narazı olduğunu bildirir və Daxili İşlər Nazirliyinin rəhbərliyindən şikayətinin tez bir zamanda araşdırılmasını, lazımi şəxslərin cəzalanmasını xahiş edir.

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man