Paytaxtın Təbriz küçəsində svetoforların işləməməsi sürücülərə çətinlik yaradıb. Bu barədə oxuculardan biri Avtosfer.az-ın qaynar xəttinə müraciət edib. Oxucunun sözlərinə görə, dünəndən bəri Təbriz küçəsindəki yolayrıclarında svetoforlar işləmir. Ərazidə də yol polisi əməkdaşları olmadığı üçün sürücülər növbəli şəkildə keçmədə çətinlik çəkirlər. Hətta bu səbəbdən yolda qəza da baş verib.
Əldə etdiyimiz məlumata görə, əraziyə enerji verilməsində problem olduğu üçün svetoforlar işləmir.
Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda yaranmış problemi aradan qaldıracaq.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man