Çexiyalı milyarder Radim Passerin bir neçə həftə əvvəl yayılmış videosuna Almaniya rəsmiləri də münasibət bildirib.
Avtosfer.az-ın xəbərinə görə milyonçu ötən yayda “Bugatti Chiron” avtomobili ilə Almaniya avtobanında 417 km/saat sürətlə hərəkət edərək bunu lentə alıb. Yanvar ayında paylaşılan videonu milyonlarla adam izləyib. Videoda görünür ki, Almaniyaya öz komandası ilə gələn Passer avtomobili yoxladıqdan sonra oğlu ilə yola çıxır. Avtomobil təxminən 10 km məsafədə 417 km/saatadək sürət yığa bilir.
Bu günlərdə açıqlama verən milyarder bildirib ki, o, 1500 at gücü mühərrikə malik avtomobili yoxlamazdan əvvəl Allaha dua edib.
Məsələyə münasibət bildirən Almaniya polisi deyib ki, avtobanların bəzi hissəsində sürət limiti yoxdur. Lakin qanunvericiliyə görə sürət rejimi elə seçilməlidir ki, nəqliyyat vasitəsinə hər an nəzarət etmək mümkün olsun.
Qeyd edək ki, sürücü heç bir qəza törətmədiyi üçün ona qarşı cəza da tətbiq edilməyib.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man