Sabunçu və Binəqədidə qanunsuz parklanmaya qarşı reyd;175 nəfər cərimələndi - VİDEO-FOTO

Nəqliyyat TV 25 Yanvar 2022 | 14:53
OXUNUB: 525

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən təkcə Bakı şəhərinin mərkəzi küçələrində yox, ətraf ərazilərdə də reydlər keçirilir. Növbəti reyd Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində baş tutub. Gün ərzində keçirilən reydlərdə 90 yaxın sürücü barəsində inzibati protokol tərtib edilib. Bakıxanov qəsəbəsində keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyən edilib və  həmin şəxslər də inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Binəqədi rayonu ərazisində də həyata keçirilib. Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşalrı tərəfindən rayonun müxtlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər.

Qeyd edilən qayda pozuntusuna yol verən 73 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə Sabunçu və Binəqədi rayonlarında rayonunda yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man