Dövlət Gömrük Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 40-dan çox Kütləvi informasiya nümayəndələrinin də iştirak etdiyi "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər" mövzusunda yanvarın 24-də başlanan təlimlər davam edir.
Avtosfer.az-ın təlimlərə qatılan əməkdaşı xəbər verir ki, proqrama uyğun olaraq jurnalistlərin Astara gömrük postuna mediaturu təşkil olunub. Media nümayəndələri sərhəddə görülən işlər haqqında ətraflı məlumatlandırılıblar.
Daha sonra gömrük postunda yük maşınlarının yoxlanışdan keçmə prosesini yaxından izləyən KİV nümayəndələrinə bəzi statistik məlumatlar da verilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man