Paytaxtın Yasamal rayonunda səkilər zəbt olunduğu üçün piyadalar təhlükə ilə üzləşir. Bu barədə oxuculardan biri Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. M.Xiyabani küşəsində fəaliyyət göstərən təkər təmiri, avtoyuma məntəqəsi, qapı-pəncərə sexinin işçiləri əşyaları səkiyə yığaraq piyadaların yolunu kəsirlər. Oradan keçən piyadalar isə səkinin keçilməz olduğunu görərək yolun hərəkət hissəsi ilə getməli olurlar. Belə olan halda həm sürücülər, həm də piyadalar təhlükə altında olurlar.
Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda səkini zəbt edən şəxslər barəsində ciddi tədbir görəcək və ərazini nəzarətdə saxlayacaq.
Leyla
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man