Sosial şəbəkələrdə istifadəçilərdən biri Bakı-Sumqayıt istiqamətində işləyən "Ford" markalı mikroavtobusun sürücüsünün qayda pozuntusunu paylaşıb. Belə ki, sürücü yüksək sürətlə hərəkət edir, eyni zamanda müxtəlif manevrlərlə təhlükəli vəziyyət yaradır. Avtosfer.az xəbər verir ki, artıq DYP əməkdaşları qayda pozan sürücünü saxlayıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, 50-BN-091 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobilin sürücüsü Məmmədov Vüqar Səməndər oğlu inzibati məsuliyyətə cəlb edilib.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man