Antalyada lentə alınan görüntülər sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Avtosfer.az xəbər verir ki, tikinti şirkətinin rəhbəri işçisini avtomobilinin baqajına mindirib. Belə ki, Qazipaşada tikinti materialları alış-verişinə gedən müdir avtomobilindən düşüb. Daha sonra o, baqajını açaraq, işçisindən düşməsini tələb edib. Həmin anlar ətrafdakı şəxslər tərəfindən kadra alınıb. Bildirilir ki, işçinin üstü tozlu olduğu üçün müdir onu baqaja mindirib.
Türkiyədə gündəm mövzusuna çevrilən olaydan sonra, işçidən açıqlama gəlib. O, öz razılığı ilə baqaja mindiyini etiraf edib.
"Unikal"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man