Bakının parklama yerləri necə zəbt edilir? – Real mənzərə VİDEODA

Nəqliyyat TV 13 Yanvar 2022 | 15:17
OXUNUB: 1051

Bakinin ən ciddi problemlərindən biri də avtomobillərin parklanamsıdır. Həm şəhərdə parklanma yerlərinin məhdudluğu, həm də qaydasız parklanma halları ilə bağlı çoxlu şikayətlər var. Sonunda isə bütün bu hallar bəzən saatlarla ölçülən tıxacların yaranmasına səbəb olur.
Ekspertlərin fikrincə, parklama yerlərinin az olması isə əsasən müasir şəhərsalmanın yaratdığı problemlərlə bağlıdır.
Çünki Bakı şəhəri yenidən tikildiyi dönəmdə şəhərin avtomobil yükünün artması heç kim tərəfindən nəzərə alınmayıb. Bununla yanaşı işbazlar yeni binalar inşa etdikləri vaxt az qala bir qarış yerlərindən belə güzəşt etmək istəməyiblər. Əksinə bəzi binalar tikilən zaman piyada keçidləri də ləğv edilərək tam avtomobil yolunun kandarına qədər zəbt edilib.

Yaranmış vəziyyətə görə yolun hər iki tərəfində aftomobillərini park edən sürücülər isə gözlənilən problemin yaranmasına səbəb olurlar. Ona görə də şəhər tixaclardan nəfəs ala bilmir. Sürücülər də yaranmış vəziyyətdən şikayətçidir, sakinlər də.
Bütün böyük şəhərlərdə belə bir fikir var ki, əgər parklanma sahəsi yaxşı idarə olunmursa, bu da şəhərdə nəqliyyat sistemini iflic vəziyyətə gətirib cıxarır.
Uzun tıxaclar isə şəhərdəki psixoloji gərginliyi artırır, həmin şəhərin insanları aqressiv və qısa ömürlü olurlar. Deməli, sağlamlığımız həm də yaşadığımız şəhərin düşünülmüş memarlığından asılıdır.
BNA rəsmisi Mais Ağayev isə məslənin köklü həll olunması üçün əlaqədəar təşkilatlara müraciət etdiklərini və müvafiq layihələrin işlənməsinin zəruriliyindən danışıb.
Əməkdaşlarımız məsələ ilə bağlı video material da hazırlayıblar.
Hazırda rastlaşdığımız gündəlik reallıq isə kadrlarda gördüyünüz mənzərədən ibarətdir. Hələ yeri və məbləği qəti müəyyən edilməyən və müəyyən işbazlar tərəfindən idarə olunan parkinqlər. Sürücü mədəniyyətsizliyi ilə müşahidə olunan parklanmalar və saatlarla ölçülən tıxaclar.
Öz-gözündən zəhirmar yağan aqressiv adamlar və hamımızın elə bu cür də sevdiyi Bakı…
Videonu təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man