Avtomobil sənayesi tarixində iz qoyan qadınları siz də tanıyın - FOTO-VİDEO

Nəqliyyat TV 12 Yanvar 2022 | 12:58
OXUNUB: 493

Ölkəmizdə qadınların necə sürücü olması barədə müzakirələr davam edərkən biz də istədik ki, dünya təcrübəsinə nəzər salaq. 
Qadınlar adlarını avtomobil sənayesi tarixinə yazdıra biliblər. Düzdür, tarix boyu istər at, istərsə də avtomobil sürücüləri arasında qadınlar kişilərdən az olub. Lakin qadınlar nəqliyyat vsahəsində adlkarını tarixə yazdıra biliblər.
Tarixdə ilk qadın sürücülər böyük avtomobil konstruktorlarının (Karl Benz, Emil Levassor, Henri Ford) arvadları olub. Onlar avtomobil layihələdirilməsi zamanı ərləri ilə çiyin-çiyinə çalışıb, həm də ərlərini reklam ediblər. Məsələn, Karl Benzin arvadı Berta 1888-ci ilin avqustunda ərindən xəbərsiz avtomobili (daha doğrusu trisikli) götürərək uşaqları ilə birgə Manheym şəhərindən Pforshaym şəhərinə (106 km) gedir. Sübh çağı evdən çıxan Berta gecənin qaranlığında anasıgilə çatır. Beləliklə, o, bir dəfəyə 100 km-dən çox yol qət edən sürücü kimi tarixə düşür. Yolda yaranan nasazlıqları da özü təkbaşına aradan qaldıran qadın geri qayıtdıqdan sonra ərinə avtomobilin təkmilləşdirilməsi üçün tövsiyələr verir. Bir sözlə, bu həm avtomobilin poliqon sınağı, həm də Benz ailəsinin reklamı olur. Bertanın təşəbbüsü ilə sürətlər qutusuna aşağı ötürmə, tormoz sisteminə isə tormoz qəlibi (nakladka) əlavə edilir. Bu qadının etdiyi hər 2 ixtira indi də tətbiq olunur. 
Henrix Fordun arvadı Klaranın da əas işi ərinə soyuq qarajda avtomobil yığarkən kömək etmək - kerosin lampasını tutmaq, alətləri vermək olub. Sonradan Klara ərinin istehsl etdiyi maşını deyil, elektromobil idarə edirdi. Səbəb bu modellərin tüstüsüz və rahat olamsıdır. O, elektromobil sürən ilk qadın kimi yadda qalıb. 
Mari Anderson 1903-cü ildə şüşəsilənin ixtirası ilə tarixə düşüb.
Sofi Opel 1920-ci illərdə avtomobil istehsal edən şirkətə rəhbərlik edən ilk qadın kimi yadda qalıb. General Motorsun rəhbəri Mari Berra isə tarixə avtomobil konserninə rəhbərlik edən ilk qadın kimi düşüb və hazırda fəaliyyətini davam etdirir. 

Fransız mühəndisər Reno Panhard və Emil Levassor 1875-ci ildə qaz mühərriklərini layihələndirməyə başlayırlar. Kütləvi istehsal növbəti il başlayır. Daymler mühərriklərinin Fransa distributoru Eduard Sarazen Emil Levassorla əlaqə qurur. Emil Levassor 1890-cı ildə Sarazenin dul arvadı ilə evlənir və 1891-də Daymlerin lisenziyası əsasında «Panhard & Levassor» Cəmiyyəti “Levassor” markalı benzin mühərriklərinin istehsalına başlayır. Beləliklə Parisin 13-cü dairəsində dünyada ilk avtomobil zavodunun təməli qoyulur. 
İlk qadın Formula-1 pilotu Lella Lombardi 1975-ci ildə İspaniya Grand Prixsində 6-cı yerdə tamamlayıb.
Belçika DİN-in statistikasına görə, 2020-ci ildə ölümlə nəticələnən qızaların 80%-ni kişilər törədib.
Az miqdarda spirtli içki qəbul edib sükan arxasına keçən sürücülərin payı 34% olduğu təqdirdə, qadınlarda göstərici cəmi 18%-dir. 
Dünyada qadınlara sürücülük hüququ verməyən yeganə ölkə Səudiyyə Ərəbistanı 3 il əvvəl qaydaları yumşaldıb. 
Litvada isə 2002-ci ilədək qadınlar sürücülük vəsiqəsi almaq üçün ginekoloqdan arayış gətirməli idilər. Müstəqillik dövründə qoyulmuş bu tələb Avropa Şurasının tələbi ilə ləğv edilib.   
Azərbaycana gəkdikdə isə, bizdə vaxtilə çox sayda qadın kənd təsərrüfatı texnikası idarə edib və bu halheç kim tərəfindən pis qarşılanmayıb. Tam əminliklə deyə bilərik ki, vaxtilə qadınların idarə etdikləri tramvaylar indi kişilərin yarışa çıxdığı avtobuslardan daha komfortlu və təhlükəsiz olub. Bakıda 80 ilərzində tramvay qəzalarında heç 80 nəfər xəsarət almayıb. Avtobuslardakı vəziyyəti isə, hörmətli oxucu, hər gün canlı olaraq görürsən.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man