"Prado" qaz borusuna çırpıldı, ev yandı: sürücü tapılmır, vətəndaş ŞİKAYƏTÇİDİR - VİDEO

Nəqliyyat TV 11 Yanvar 2022 | 17:33
OXUNUB: 3805

Yasamal rayon sakini Anar Hüseynov Avtosfer.az-a müraciət edərək qarşılaşdığı problemi bildirib. Vətəndaş qeyd edir ki, 2-ci Alatava, Müzəffər Həsənov küçəsi, ev 16 V-də yaşayır.

Yanvarın 7-dən 8-nə keçən gecə, saat 00:01 radələrində evdə ailə üzvləri ilə yatdıqları zaman qəfil yanğın başlayıb. Evin böyük bir hissəsi yanıb. Məlum olub ki, səbəb evin yaxınlığında qəzalı vəziyyətdə qazpaylayıcıdır. “Dəfələrlə qaz idarəsinə müraciət etsək də gəlib onu götürmədilər. Qonşuların kamerasına baxan zaman qara rəngli “Prado” markalı avtomobilin həmin qazpaylayıcı qurğuya çırpıldığı və hadisə yerindən qaçdığını gördük. Yanğının başlamasına da məhz bu səbəb olub.”

Vətəndaş deyir ki, bu günə qədər qəzanı törədən sürücü tapılmayıb. “Polis deyir ki, nömrə aydın görünmədiyi üçün sürücünü tapa bilmir. Amma yaxınlıqda təhlükəsiz şəhər kameraları da var. Hadisənin baş vermə vaxtı dəqiq bəllidir.”

Anar Hüseynov Azəriqaz-dan da şikayətçidir. “Dəfələrlə müraciət etdik ki, bu paylayıcı qəzalı vəziyyətdir. Gəlib onu götürsünlər. Amma məhəl qoyan olmadı. Gərək evimiz yanaydı.”

Vətəndaş ona dəymiş maddi ziyanın ödənmədiyindən də şikayət edir. Hadisə ilə bağlı foto və videoları təqdim edirik:

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man