Gün ərzində kimisi avtobusdan, kimisi metrodan, kimisi taksidən, kimisi də şəxsi avtomobili ilə səyahət edir. Son illərdə isə bəzi müşahidələr daha çox ictimai nəqliyyatdan imtina olunduğu və avtomobillərə üz tutulduğunu deyir. İnsanların daha çox, xüsusən də son vaxtlar hansı nəqliyyatdan istifadə etdiyi maraq doğurub. Müxbirimiz araşdırıb.
Hər gün işə, dərsə gedirik, bazarlıq edir, istirahətə yollanırıq. Bununçün isə bir çoxununnəqliyyata ehtiyacı olur. Əgər şəxsi minik avtomobilimiz yoxdursa, o zaman ictimai nəqliyyatdan istifadə edirik. Metroya, avtobusa minir, bəzən isə daha çox pul xərcləyib taksi sifariş veririk. Ancaq son vaxtlar sərnişindaşımadan istifadə edənlərin sayı azalıb, xüsuilə də, pandemiya dövründə.Nəqliyyat Məsələləri üzrə ekspert Ərşad Hüseynov bu fikirdədir. Ekspertin sözlərinə görə sərnişindaşımada müşahidə edilən azalma ölkəyə idxal edilən avtomobillərin sayının çoxalması ilə bağlıdır.
Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov dadeyir ki, ötən il metrodan istifadə edənlərin sayı əvvəlki illərlə müqayisədə azdır. Belə ki, 2019-cu ildə gün ərzində orta hesabla 648 mindən çox sərnişin Metropolitenin xidmətlərindən yararlanıbsa, 2021-ci ildə bu rəqəm 247 mindən bir qədər artıq olub. Qurum rəsmisi bildirir ki, mövcud fərq pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə bağlıdır. Çünki, Bakı metrosu ötən il cəmi 186 gün fəaliyyət föstərib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirir ki, əksinə, 2021-ci ildə avtobus sərnişindaşımasından istifadə edənlərin sayı 2020-ci illə müqayisədə ürəkaçandır.
Mais Ağayev həmçinin deyir ki, taksi sərnişindaşımasında qeyri-qanuni fəaliyyət göstərənlər də olduğu üçün, bu istiqamətdə dəqiq statistika aparmaq mümkün deyil.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man