Füzulinin Kərimbəyli kəndində qadın sürücü idarəetməni itirərək kanala düşüb.
Sosial şəbəkələrdə hadisənin şahidləri bildiriblər ki, insidentə səbəb nəqliyyat vasitəsinin qarşısına küçə itinin çıxması olub. Bu zaman sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini kanala salıb. Yayılan məlumatlarda o da qeyd olunur ki, nəqliyyat vasitəsində 6 nəfər - üç qadın, üç kişi olub. Baş vermiş qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsini sudan çıxarmaq mümkün olmayıb. Qəzanın görüntülərini təqdim edirik:
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, yanvar ayının 9-da Füzuli rayonunun Kərimbəyli kəndində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı "Hyundai" markalı avtomobil su kanalına aşıb, xoşbəxtlikdən avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man