Bakıda sürücülər yol üstündə əlbəyaxa dava etdilər - VİDEO

Nəqliyyat TV 06 Yanvar 2022 | 10:42
OXUNUB: 958

Paytaxtın Sabunçu-Zabrat yolunda iki sürücü əlbəyaxa dava edib. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə dava iki sürücü arasında yaranmış anlaşılmazlıq nəticəsində baş verib. Belə ki, 99-MZ-839 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü əsəbilərini cilovlaya bilməyərək digər sürücü ilə əlbəyaxa davaya keçib. Yaxınlıqdakı insanlar onları ayıraraq münaqişənin genişlənməsinin qarşısını alıblar.

 

Bu cür hərəkətlərin kənardan nə qədər eybəcər göründüyü hamıya məlumdur. Tövsiyə edirik ki, yolda səbirli, təmkinli olun. Kimsə sizə qəza şəraiti yaratmış olsa belə, iradınızı sakit, normal, sivil formada bildirin. Dava etmək heç bir tərəfə xeyir gətirmir. Əksinə zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına şikayət edərsə həm məsuliyyətə cəlb olunacaqsınız, həm də etdiyiniz səhv hərəkətə görə üzr istəyəcəksiniz. Ona görə də haqlı olduğunuz vəziyyətdə haqsız duruma düşmək arzuolunmazdır.

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man