Şəhərdə qəzalı vəziyyətdə idarə olunan maşın barədə AÇIQLAMA - VİDEO

Nəqliyyat TV 28 Dekabr 2021 | 14:00
OXUNUB: 1807

Xəbər verdiyimiz kimi dünən Sumqayıtda nasaz vəziyyətdə yola çıxan məişət tullantılarının daşınması üçün istifadə edilən maşın digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.

Eyni zamanda yük maşının üzərində dövlət nömrə nişanının olmaması da diqqətdən yayınmayıb.

Sözügedən məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov sözügedən videogörüntülərin həmin maşının təmirə getdiyi zaman çəkildiyini qeyd edib:

“Departamentə məxsus zibildaşıyan maşının göründüyü halda olmasına səbəb iş saatlarında baş verən qəza olub. Belə ki, həddən artıq yükləndiyi üçün maşının hava yastıqlarında (pnevmatik asqı sistemində) problem yaranıb. Bu zaman arxa tərəfə hava getmir və bu texniki nasazlıq yaradır. Həmin an maşın təmirə gedirdi. Sürücülərdən kimsə çəkib, sosial şəbəkədə paylaşıb. Hazırda da həmin avtomobil təmir edilib və xidmətdədir. Maşının dövlət nömrə nişanı isə üzərində olub. Sadəcə ola bilər ki, üzəri təmizlənmədiyindən videoda görünmür”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man