İki il əvvəl siqnala, iki gün əvvəl içkiyə görə tutulan sürücü kimdir? - "Ə, yaxşı" - FOTO-VİDEO

Nəqliyyat TV 24 Dekabr 2021 | 14:38
OXUNUB: 888

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları 99 HV 088 dövlət nömrə nişanlı "Land Cruiser” markalı avtomobilin sürücüsünü içkili vəziyyətdə saxlayıb. Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, yol polisi əməkdaşları sürücüyə video çəkiliş zamanı "avtomobili niyə içkili idarə edirsiz? sualını ünvanlayıb. Sürücü isə "ə yaxşı” cavabını verib və kameradan uzaqlaşıb.

Polis yenidən ona "yolun əks istiqamətində hərəkət edir, digər avtomobillərə qarşı təhlükə yaradırsız" deyib. Kameradan uzaqlaşan sürücü polisin "zəhmət olmasa bura yaxınlaşın" tələbinə də məhəl qoymayıb.  

Qeyd edək ki, 2019-cu ilin iyun ayında da sosial şəbəkələrdə gecə vaxtı qadağan olunmuş səs siqnalından istifadə edən 99 HV 088 dövlət nömrə nişanlı "Land Cruiser” markalı avtomobilin sürücüsünün videosu yayılmışdı. Belə ki, 99 HV 088 dövlət nömrə nişanlı "Land Cruiser” markalı avtomobilə qanunla qadağan olunmuş səs siqnalı quraşdırılıb. Bu azmış kimi gecə vaxtı həmin siqnaldan istifadə edərək video çəkmiş və sosial şəbəkələrdə paylaşmışdı. Polis İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sözügedən sürücünü saxlamış, müvafiq maddə ilə cərimə etmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man