Paytaxtın müxtəlif küçə və prospektlərdə avtoxuliqanlıq hərəkətləri edərək videoya çəkib və sonra sosial şəbəkələrdə paylaşan sürücü həbs olunub. Avtosfer.az xəbər verir ki, 99 OH 107 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomobil sürücüsü Rəşad Abbasov Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyatı üzrə Binəqədi rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinərək 1 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati qaydada həbs olunub.
Fərid
Şərh yaz
Xəbər haqqında fikirlərinizi yazın
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man