Bakıda "AA" seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü - VİDEO

Nəqliyyat TV 05 Dekabr 2021 | 14:25
OXUNUB: 6871

Bakıda "AA" seriyalı avtomobilin sürücüsü qazinin yolunu kəsib. Avtomobildəki kameraya düşmüş görüntülər sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 10-AA-794 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü hava limanı yolunda 110-km saat sürətlə hərəkət edən Nicat adlı qazinin avtomobilini sıxışdıraraq onun qarşısını kəsib. Daha sonra hərəkət edərək oradan uzaqlaşıb. 
Qazinin dostu iddia edir ki, baş verən hadisədən qəzəblənən Nicat etirazını bildirən zaman, "AA" seriyalı avtomobilin sürücüsü onu söyərək təhqir edib. 

Avtosfer.az-ın araşdırmasına görə 10-AA-794 qeydiyyat nişanlı "BMW" markalı avtomobil "F-Prestige" MMC-yə məxsusdur.

Sözügedən videonu təqdim edirik:


Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man