Son zamanlar paytaxtın Zərifə Əliyeva küçəsində (Bülbül prospekti ilə kəsişmədə) xüsusi texniki vasitənin köməkliyi ilə xeyli sayda sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, sözügedən küçənin sol zolağı ilə hərəkət edən sürücülər üçün yerdə yalnız sola dönməni məcbur edən nişanlanma xətti olub. Bu səbəbdən də sol zolaqdan düzünə hərəkət edən sürücülər 40 manat miqdarında cərimə olunurdular. Aidiyyəti qurumlar sürücülərin narazılığını nəzərə alaraq, sola məcburi hərəkət olan zolaqdan düzünə hərəkətə də icazə veriblər. Yəni asfalt üzərində çəkilmiş "sola" ox, "düzünə və sola" oxla əvəzlənib.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man