Bayılda özəl məktəb açıb yolu bağladılar – “Landau school” sakinləri bezdirib - VİDEO

Nəqliyyat TV 01 Dekabr 2021 | 16:10
OXUNUB: 1409

Bakıda tikilən özəl orta məktəblərin, liseylərin əksəriyyəti tıxac mənbəyidir. Bayıl qəsəbəsindəki “Landau Scool” məktəbi artiq sakinləri ciddi şəkildə narahat edir. Hər gün məktəbin qarşısında bahalı maşınların əlindən tıxac yaranır. Avtosfer.az-a sakinlər tərəfindən göndərilən videodan da göründüyü kimi, ərazidə vəziyyət heç də ürəkaçan deyil. Məktəbli avtobusları yolun kənarında dayanıb, amma şəxsi avtomobillər yolda tıxac yaradır.

“Landau School” dövlət qurumlarını aldadır ki, bizim şagirdlər avtobusla gedib gəlir, ona görə sıxlıq olmayacaq. Amma elə deyil. Bu cür bahalı liseylərdə uşaq oxudanların əksəriyyəti uşağını avtobusa etibar etmir, pulu var, ayrıca sürücü tutur, ya da özü aparıb-gətirir. Nəticədə ərazidə tıxac yaranır. Videoda bunu açıq-aydın görmük mümkündür.

Məktəbi orada tikənlər biraz da ağıllı düşünsəydi ətrafda yerləşən bir neçə evi alıb yerində parkinq yarada bilərdilər. Amma etmirlər. Onlar ancaq ciblərini güdür, valideynlər nə əziyyət çəkirsə onlara maraqlı deyil. Valideynlər özləri əziyyət çəkməklə yanaşı orada yaşayanları, oradan keçənləri daha böyük əziyyətə salırlar. Belə olmaz. Qanun hamı üçün bərabərdir.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man