Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs olunub. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə 10 SJ 776 dövlət nömrə nişanlı, "VAZ-2106" markalı avtomobil ilə "Heydər məscidi"nin yaxınlığında cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri edən sürücünün videosu yayılıb. Sürücü təhlükəli manevrlər edib və nəticədə bardürə çırpılaraq qəza törədib. Həm avtomobilə, həm də bardürə ciddi ziyan dəyib.
Hadisə yerinə Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları gəlib. Araşdırma zamanı məlum olub ki, hadisəni törədən və avtoxuliqanlıq edən 19 yaşlı Ayhan Novruzovdur.
Sürücü saxlanılıb və barəsində toplanmış materiallar aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü bir il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati qaydada həbs olunub.
Yol Polisi sürücülərə xəbərdarlıq edir ki, adıçəkilən ərazi kamera və eyni zamanda yol polisinin nəzarəti altındadır. Hər hansı neqativ hal baş verərsə həmin sürücülər barəsində qanunauyğun şəkildə ciddi tədbirlər görüləcək. Videonu təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man