"Land Cruiser" iki yeniyetməni vurub sürüdü:sürücü narkoman çıxdı - REAL VİDEO

Nəqliyyat TV 18 Noyabr 2021 | 12:26
OXUNUB: 6444

Ukraynanın Xarkov şəhərində baş vermiş dəhşətli piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntülərdə piyadalar keçiddən keçir və avtomobillər gözləyir. Qəfildən "Land Cruiser" markalı avtomobilin sürücüsü maşını piyadaların üstünə sürür. Keçiddə olan 13 yaşlı iki yeniyetməni vurur. Ardınca isə təkərə ilişən piyadanı sürüyür. 

Bir az irəlilədikdən sonra avtomobili dayandırır. Hətta arxaya verərək vurduğu piyadanın təkərin altından çıxmasını gözləyir. Ətrafdakılar köməyə qaçan zaman sürücü tam sakit şəkildə avtomobildən düşür və heç nə olmamış kimi sadəcə yerdə qalan piyadalardan birinə baxır. 

Hadisə ilə bağlı araşdırma aparan polis sürücünün narkotik vasitələrin təsiri altında olduğunu müəyyən edir. Faktla bağlı cinayət işi açılıb və sürücü həbs olunub. Qəzanın vidosunu təqdim edirik:

Leyla

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man