Yolu keçən yaşlı kişini maşın belə vurdu – REAL VİDEO

Nəqliyyat TV 18 Noyabr 2021 | 08:00
OXUNUB: 6394

Bakıda piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində bir müddət əvvəl baş verib. Yaşlı kişi 10 zolaqlı yolu təyin olunmayan yerdən keçir. Bu zaman isə “KİA” markalı avtomobil onu vurur.

Qəzaya nəzər saldıqda həm piyadada, həm də sürücüdə günah olduğu görünür. Piyada təyin olunmamış yerdən keçdiyi üçün özünün həyatını təhlükəyə atır. “KİA” markalı avtomobilin sürücüsü isə qarşıda gedən “Audi”i ilə ara məsafə saxlamadan hərəkət edir. Eyni zamanda onda ötmə üçün yol istəyir. “Audi” sağa çəkilən kimi isə qarşısına piyada çıxır və sürücü onu vurur. “KİA”nın sürücüsü kor nöqtəyə düşdüyü üçün piyadanı əvvəlcədən görə bilmir. Videonu təqdim edirik:

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man