Yolu təmizləyən iki qadını maşın vurdu - VİDEO

Nəqliyyat TV 11 Noyabr 2021 | 14:46
OXUNUB: 560

Yevlax şəhərində yolu təmizləyən iki qadını maşın vurub. APA TV-nin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Yol təmizliyi ilə məşğul olan təsərrüfat işçiləri, 1975-ci il təvəllüdlü Rəsulova Şəlalə Salman qızı və 1974-cü il təvəllüdlü Əzizova Hicran Yedigar qızını Namiq Həmidovun idarə etdiyi “QAZ 24” markalı avtomobil vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin durumu ciddi olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man