Bakıda 68 yaşlı qadını avtomobil vurub - Ərazidə piyada keçidi niyə yoxdur? - VİDEO

Nəqliyyat TV 02 Noyabr 2021 | 22:00
OXUNUB: 8041

Bakıda yolu keçmək istəyən 68 yaşlı qadını avtomobil vurub.

Piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi günorta saatlarında paytaxtın Xətai rayonu, 8  noyabr prospektində baş verib.

Ərazidə yaşayanların sözlərinə görə, 68 yaşlı Kimsəxanım Xatunbayeva piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçərkən onu ''Porche'' markalı avtomobil vurub. Xəsarət alan qadın zərbənin təsirindən başqa bir minik avtomobilinin üzərinə düşüb. Qadın aldığı xəsarətdən elə hadisə yerindəcə ölüb.

Sürücü Balabəy Ağayev deyib ki, sürəti saatda maksimum 60 olardı. Hadisə yerinə dərhal yol patrul xidməti və rayon polis idarəsinin istintaq qrupu gələrək araşdırmalar aparıblar. Daha sonra qadının meyti məhkəmə tibbi ekspertiza və pataloji anatomya birliyinə aparılıb.

Ətrafda yaşayanlar iddia edirlər ki, yolun həmin hissəsində belə hadisələr tez-tez baş verir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agenliyinin mətbuat katibi Mais Ağayev  bilidirdi ki,  "8 noyabr prospekti"ndə yol boyunca müəyyən olunmuş yerlərdə müxəli səviyyəli piyada keçidləri var. O qeyd etdi ki, hadisənin baş verdiyi ünvanla bağlı da təhlillər aparılacaq, əgər zərurət varsa, orada yaxın günlərdə piyada keçidi təşkil ediləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man