Avtomobillərin qarşısına atılaraq intihar etmək istədi - ANBAAN VİDEO

Nəqliyyat TV 29 Oktyabr 2021 | 15:42
OXUNUB: 807

Belarusiyada magistral yolda  avtomobillərin qarşısına atılaraq intihar etmək istəyən şəxs xəstəxanaya yerləşdirilib.  

Avtosfer.az xəbər verir ki, paytaxt Minskdə  qeydə  alınan  görüntülər  hər  kəsin təəccübünə  səbəb  olub. Belə  ki, polis lüks avtomobili ilə magistral yolda həddindən artıq sürətlə hərəkət edən sürücünü təqib edib. Daha sonra sürücü avtomobilini magistral yolun kənarında saxlayaraq yolun ortasına keçib.

O, hərəkətdə olan avtomobillərin üzərinə  atlayaraq,  intihar etmək istəyib. Nəticədə o,  ağır yaralanaraq,  xəstəxanaya yerləşdirilib. 

Belarus Daxili İşlər Nazirliyi bildirib ki, sürücü narkotikdən istifadə etdiyi üçün polisdən qaçıb, daha sonra isə avtomobillərin qarşısına tullanaraq intihar etməyi hədəfləyib. Xəstəxanada olan şəxsin müalicəsinin davam etdiyi, həyati təhlükəsinin olmadığı bildirilib.

Həmin şəxsin müalicəsi başa çatdıqdan sonra onun ifadəsinin alınacağı, daha sonra isə narkotikdən qurtulması üçün müalicə olunacağı da açıqlanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man