Xırdalanda piyada səkisi qazılıb - Sakinlər avtomobil yoluna çıxmaq məcburiyyətindədirlər - VİDEO

Nəqliyyat TV 13 Oktyabr 2021 | 14:41
OXUNUB: 747

Abşeronda, Xırdalan şəhərinin mərkəzi küçəsində piyada səkisi qazılaraq ləğv edilib.

Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər iddia edirlər ki, bunu orada inşa edilən yeni binanın rəhbərliyi edib. Bildirilir ki, bina rəhbərliyinin göstərişi ilə piyadalar üçün salınan səki qazılaraq obyektlərə birləşdirilib. Yəni həmin yola düşən hissə qanunsuz olaraq genişləndirilib. Bu yoldan istifadə edən sakinlər isə məcburiyyət qarşısında qalaraq avtomobil yoluna çıxırlar.

Qazıntı işlərinin həqiqətən də sözügedən MTK tərəfindən həyata keçirilib-keçirilmədiyini öyrənmək üçün şirkətin rəhbərliyini axtarsaq da, ofisində tapa bilmədik.

Məsələdən Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi isə xəbərsizdir. Əməkdaşlarımızın məlumatından sonra Memarlıq şöbəsinin müdiri Şahin Bayramov "Xəzər Xəbər"ə bildirdi ki, MTK rəhbərliyi qanunsuz olaraq qeyri-iş günündən istifadə edərək həmin ərazidə qazıntı işləri aparıb.

Piyada səkisi bərpa edilənə kimi sakinlər avtomobil yolundan keçməyə məcburdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man