Paytaxtın müxtəlif yerlərində, əsasən də mərkəzi küçələrdə parklanmaya qanunsuz nəzarət edən şəxslərlə tez-tez rastlaşırıq. Onlar qanunsuz pul yığmaqla yanaşı sürücülərin cərimələnməsinə də səbəb olurlar. Belə ki, dayanma-durmanın qadağan edildiyi yerlərdə xidmət göstərərək avtomobillərin belə yerlərdə parklanmasına şərait yaradırlar. Bunun üçün isə 1 manat, hətta bəzi mərkəzi küçələrdə 2-3 manat pul tələb edirlər. Öncədən ödəniş edən sürücü həmin şəxsə arxayın olaraq işinin arxasınca gedir. Bir neçə dəqiqədən sonra sürücünün telefonuna sms gəlir ki, dayanma-durma qaydasını pozduğuna görə cərimələnib. Həmin yerə qayıtdıqda isə "parkovşiki" tapa bilmir. Bu halda avtomobilin park edilməsi nə az, nə çox 23 manata başa gəlmiş olur.
Bu cür "parkovşiklərdən" birinə də paytaxtın Lermontov küçəsində rast gəlmək olur. Avtosfer.az">Avtosfer.az-ın kamerasına düşən görüntülərdə aydın şəkildə görünür ki, küçənin sağ tərəfində dayanma-durmanı qadağan edən nişan yoxdur. Amma "parkovşik" bundan sui-istifadə edərək avtomobilin piyada keçidinə və yolayrıcına 5 metrdən yaxın və sol tərəfdəki 1.1 xəttinə 3 metrdən yaxın park edilməsinə şərait yaradır.
Belə halda günahkar kimdir, sürücü yoxsa qanunsuz xidmət aparan "parkovşik"?
Təbii ki, günahın böyük hissəsi parklanmaya qanunsuz nəzarət şəxsə düşür. Lakin sürücü olan hər bir şəxs qanunları yaxşı bilməli və dayanma-durmanın qadağan edildiyi yerlərdə avtomobili dayandırmamalıdır. "Bura mənlikdir", "burada heç kimə cərimə yazılmır" - kimi ifadələr işlədən "parkovşiklərin" səmimiyyətinə isə inanmayın.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man