Paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində yolu zəbt edən sürücülər tıxaca səbəb olur. Həmin ərazidə yaşayan sakinlərdən biri sürücülərin intizamsızlığını və onlara olan nəzarətsizliyi videoya çəkərək Avtosfer.az">Avtosfer.az-ın qaynar xəttinə göndərib. Belə ki, hər iki istiqamətdə avtomobilləri ikinci cərgədə park edən sürücülər yolda hərəkəti çətinləşdirirlər. Günün pik saatlarında isə vəziyyət daha da çətinləşərək uzun tıxacların yaranmasına gətirib çıxarır.
Redaksiyamıza müraciət edən oxucunun sözlərinə görə, bu problemə Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi İdarəsi (DYP) heç bir reaksiya vermir.
Ümid edirik bu məlumatdan sonra hər iki qurum sözügedən ərazidə nəzarəti gücləndirəcək və parklanma qaydasını pozan sürücüləri mütəmadi olaraq məsuliyyətə cəlb edəcək.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man