Bu küçənin sakinləri siqnal səsindən yata bilmir - VİDEO

Nəqliyyat TV 07 Oktyabr 2021 | 10:10
OXUNUB: 939

Paytaxtın Afiyəddin Cəlilov küçəsinin sakinləri yaşadıqları narahatlıqla bağlı redaksiyamıza şikayət ünvanlayıblar. Avtosfer.az">Avtosfer.az-a məlumat verən sakinlər qeyd edir ki, səhər saatlarından başlayaraq axşama kimi sözügedən küçədə siqnal səsindən rahatlıq tapa bilmirlər. Svetoforun qırmızı işığına görə tıxacda qalan sürücülər səs siqnalı ilə etirazlarını bildirirlər. Onların seçdiyi etiraz növü isə sakinləri durmadan narahat edir.
Neftçilər prospektində sıxlığın yaranmaması üçün yol polisi əməkdaşları bir çox hallarda yolu nizamlayaraq üstünlüyü Yusif Səfərov küçəsinə verirlər. Belə olan halda isə Afiyəddin Cəlilov küçəsində sıxlıq yaranır. Buna görə də sürücülər səs siqnalı vasitəsilə yol polislərinə etiraz edirlər.

Bu cür hallarda sürücülərə səbirli olmağı tövsiyə edirik. Unutmaq olmaz ki, tıxac probleminə görə verilən səs siqnalları onlar üçün etiraz növü olsa da, orada yaşayan insanlara problem yaradır. Səs siqnalından lüzumsuz olaraq istifadə etmək isə yolda yaranmış tıxacı aradan qaldırmır.

Sakinlərin haqlı narazılığını da nəzərə alaraq yol polisi əməkdaşlarından xahiş edirik ki, Afiyəddin Cəlilov küçəsindəki sürücülərin tıxacda qalmamaları üçün hərəkəti səmərəli tənzimləsinlər.

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man