İcarəyə maşın götürən "moyşik" Bakını bir-birinə qatdı:həbs olundu - VİDEO

Nəqliyyat TV 25 Sentyabr 2021 | 14:04
OXUNUB: 4584

Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,  polis polkovniki Vaqif Əsədov məlumat verib.  Bildirib ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələblərinə tabe olmamaq), 511-ci (avtoxuliqanlıq) maddələri ilə təqsirli bilinib. 
Onun haqqında toplanmış materiallar aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə təqdim edilib.  Məhkəmənin qərarı ilə sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati qaydada həbs olunub. 
Xatırladaq ki, gecə saatlarında şəhərdə sükutu pozan Sadiq Hüseynov icarəyə götürdüyü KİA markalı nəqliyyat vasitəsilə Nəsimi rayonu ərazisində yol polisinin saxla əmrinə tabe olmayıb. Yol Patrul Xidmətinin əməkdaşları sürücünü saxlamaq üçün onu təqib ediblər. Lakin sürücü avtoxuliqanlıq əməlini törədərək Mircəlal Paşayev küçəsini əks istiqamətdə hərəkət edib.
Bir neçə avtomobilə ciddi təhlükə yaradan sürücü kəsişmədə süni tıxacda qalıb. S.Hüseynov nəqliyyat vasitəsinin qapılarını bağlayaraq yol polislərindən yaxa qurtarmağa çalışıb. Əraziyə dəvət olunmuş Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları zorla qapını açmağa müvəffəq olub. S.Hüseynov bunu görüb avtomobildən enərək naməlum istiqamətə qaçmağa çalışıb. Ancaq polis əməkdaşları onu saxlayıb.

Orxan 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man